Separatçılar Ermənistandan qovulur – ŞOK çağırışbackend

Separatçılar Ermənistandan qovulur – ŞOK çağırış

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda fəaliyyət göstərən, uzun müddət Qarabağda Azərbaycana qarşı döyüşmüş “Yerxapah” terror təşkilatının rəhbəri Ara Xudaverdyan separatçıların rəhbəri Samvel Şahramaynanı sərt formada tənqid edib. Tribunainfo.az xəbər verir ki, o, Şahramanyanı Rusiyanın sifarişini yerinə yetirməkdə ittiham edib.
Xudaverdiyanın sözlərinə görə, separatçıbaşı Qarabağı satıb, yeyib, qarət edib. “Bu adam Qarabağı məhv edib, Yevlaxda diz çöküb. Amma Ermənistan hakimiyyətini tənqid edir”.
O deyib ki, həm müxalifət, həm də Şahramanyan Ermənistanı “Ani xarabalıqları”na çevirmək istrəyir. “Yəni multidissiplinar qurum Rusiyaya tabe olmaqla, əvəzində milyonlarla dollar üçün Ermənistanı məhv etmək istəyirlər”.
Terror təşkilatının rəhbəri onu da bildirib ki, Qarabağın ləğvi ilə bağlı Şahramanyanın imzaladığı fərmanın ciddi hüquqi əsası var. “Onlar deyirlər ki, Qarabağın ləğvi ilə bağlı fərmanın hüquqi əsası yoxdur. Yalan danışırlar. Özlərinə bəraət qazandırmaq istəyirlər. Həmin fərman Dağlıq Qarabağdakı qurumun ləğvini qanuniləşdirir”.
Xudaverdiyan separatçıları başqa məsələlərdə də ittiham edib. “Belə bacarıqlı idilərsə, Azərbaycana təhvil verdikləri silahlarla Qarabağı qoruyardılar. Gəlib, Ermənistanda oturub, Qarabağı buradan tələb etməsinlər. Qarabağdan qaçaraq, burada oyunbazlıq edən adamların Ermənistanda olması Ermənistanın təhlükəsizliyinə xələl gətirir. Biz onlardan ən pisini gözləməliyik. Məqsədləri Ermənistanı aciz vəziyyətə salmaq, əraziləri zəiflətməkdir ki, burada 10 səslə yenidən idarəçi seçsinlər, o da öz işini görsünlər”.
Xatırladaq ki, bu terror təşkilatının üzvləri Dığ kəndi yaxınlığında Azərbaycan Ordusuna qarşı təxribat törətmişdi. Həmin vaxt bir əsgərimiz yaralanmışdı.