Separatçılar dinc oturmur: “tələbləri” varmışbackend

Separatçılar dinc oturmur: “tələbləri” varmış

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda məskunlaşmış separatçılar dinc oturmaq fikrində deyillər. Onlar mümkün qədər gündəmdə olmaq, “biz də varıq” demək üçün ciddi cəhdlə çalışırlar. Tribunainfo.az xəbər verir ki, separatçıların qondarma “parlamenti” bəyanat yayıb.
Onlar bildiririlər ki, Qarabağdan könüllü olaraq köçmüş ermənilərin geri qayıtması prosesi təmin olunmalıdır və bu,güclü təhlükəsizlik təminatı altında baş verməlidir.
Separatçılar həmçinin Azərbaycana qarşı “sanksiyaların” tətbiq olunmasını, ABŞ-ın Azərbaycana hərbi yardımını dayandırmasını da istəyirlər. Bu azmış kimi, Qarabağda çoxsayda cinayətlər törətmi, Azərbaycanın ərazi bütövlüyünə qəsd etmiş terrorçuların da azad edilməsini “tələb” ediblər.
P.S. Ac toyuq yuxuda darı görər.