SEPARATÇILAR DA ÇADIRLAR QURDU – XANKƏNDİ QAPISINDA SON VƏZİYYƏT

SEPARATÇILAR DA ÇADIRLAR QURDU – XANKƏNDİ QAPISINDA SON VƏZİYYƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir qrup erməni Azərbaycan TIR-larının qarşısını almaq üçün Ağdam yolunda çadır qurub. Erməni mənbələr etiraz edənlərin Ruben Vardanyanın dəstəsi olduğunu bildirir. Separatçı rejim “silahlı dəstələrini” də Ağdam yoluna göndərib.

Tribunainfo.az yazır ki, bu barədə fikir bildirən siyasi şərhçi Asif Nərimanlı qeyd edib ki, bununla Azərbaycanın göndərdiyi yükü qəbul etməyəcəklərini nümayiş etdirir və Laçın yolunun açılması tələbini davam etdirirlər:

“Amma bu addımla “humanitar fəlakət yaşanır” iddialarını elə özləri ifşa edir: əgər “humanitar fəlakət” varsa, Ağdam yolundan yükləri qəbul etməlidirlər, etmirlərsə, manipulyasiya etdikləri təsdiqlənir;

Bakı Ağdam yoluna yardım çıxarmaqla Ermənistanı və separatçıları dilemma qarşısında qoyur”.