Separatçılar bağlanan “nümayəndəlik”in əvəzinə QHT yaratmaq təklif edirlər

Separatçılar bağlanan “nümayəndəlik”in əvəzinə QHT yaratmaq təklif edirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, separatçıların Rusiyadakı ofisləri bağlanıb.

Tribunainfo.az bildirir ki, qondarma “dqr”in “daimi nümayəndəliyi” həmişəlik buraxılıb.

Separatçılar bunun iki səbəbdən baş verdiyini deyirlər. Birincisi, Rusiyanın bu ad altında fəaliyyətə icazə verməməsidir. İkincisi isə maliyyə çatışmazlığı olub.

Amma ermənilər məsələni “diri” saxlamağa çalışırlar. Xüsusən də İrəvanda oturub, ortalığı qarışdıranlar. Ermənistanın keçmiş ədliyyə naziri Gevorq Danielyan deyib ki, Moskvada Qarabağ “nümayəndəliyi”nin bağlanması gözlənilən idi.

O təklif edib ki, hələlik QHT statuslu yeni “nümayəndəlik”in yaradılmalıdır.

Ramin Quliyev