Separatçı: “Bizi donuz yerinə də qoymurlar”

Separatçı: “Bizi donuz yerinə də qoymurlar”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir zamanlar Qarabağda “at oynadan” separatçıları bu gün Ermənistanda saya salan belə yoxdur. Tribunainfo.az xəbər verir ki, dünənə kimi bunu dilinə gətirməyən terrorçular artıq bu barədə danışmağa başlayıblar.

Onlardan biri, bir zamanlar qondarma “parlament”də “təhlükəsizlik komisssiyasının sədri” kimi özünü təqdim edən Seyran Ayrapetyan etiraf edib ki, Ermənistan parlamentində nə onları tanıyırlar, nə də adam yerinə qoyurlar. “Mən dəfələrlə Ermənistan parlamentində görüş keçirmək istəmişəm. Lakin hər dəfəsində məni tanımadıqlarını bildiriblər. Onlar iti, donuzu sayırlar, amma bizi saymırlar”.