Uzun müddət Qarabağda separatçılıqla məşğul olmuş, hazırda Ermənistana sığınaraq orada siyasi fəaliyyət göstərən Samvel Babayan “Armenpress” saytına bir sıra açıqlamalar verib. Tribunainfo.az xəbər verir ki, onun açıqlaması ciddi səs-küyə də səbəb olub.
Babayan deyib ki, vəziyyət heç də Ermənistanın təqdim etdiyi kimi deyil. “Azərbaycan dəhliz yox, yol tələb edir. Bakı heç bir şəkildə irəvanla bu mövzuda konfrantasiyaya getmək fikrində deyil”.
Separatçı onu da deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Zəngəzur Dəhlizi məsələsinə yanaşması tolerantdır. “Azərbaycan Prezidenti şərtlərlə çıxış edə bilər. Amma dəhliz məsələsinə olduqca tolerant yanaşır”.
Babayan sözügedən dəhlizin Ermənistana böyük faydalar verəcəyini də vurğulayıb. O deyib ki, Zəngəzur Dəhlizi açılarsa, irəvan ciddi iqtisadi faydalar əldə edəcək.
Bildirək ki, erməni siyasi dairələrində Samvel Babayanın bu açıqlaması “bomba” effekti yaradıb. Əksər erməni ictimai-siyasi xadimlər iddia edirlər ki, guya, Samvel Babayanın maneəsiz şəkildə Qarabağdan Ermənistana keçməsinə Azərbaycan şərait yaradıb. Məsələn, “Hraparak” yazır ki, Babayanın açıqlaması daha çox Azərbaycana yaltaqlanmaqdır. “Görünür, onun Qarabağdan maneəsiz Ermənistana keçməsinə Bakı şərtli razılıq verib. Yəni, Babayan həbs olunmur, Ermənistana gəlir və burada Azərbaycanın xyerinə vəkillik etməyə başlayır”.