SEPAH bütün imkanlarından istifadə edərək, Azərbaycana qarşı çrikin kampaniyalarına davam edir. Tribunainfo.az xəbər verir ki, dünən İranın əsas qoşun növü olan bu qüvvələrə bağlı teleqram kanalında daha bir təıxribat xəbəri paylaşılıb.
Belə ki, SEPAH-a bağlı teleqram kanalında iddia olunur ki, Azərbaycan Xəzər dənizində İranın keçirdiyi təlimlərdən narazı qalıb. “Azərbaycan İranın öz sərhədləri yaxınlığında hərbi dəniz təlimləri keçirməsindən son dərəcə narazıdır”.
Bunun ardından isə həmin kanal SEPAH-ın belə bir açıqlamasını da əlavə edib: “Biz hərbi qüvvələrimizi bu bölgədə yerləşdirmişik və sionistlərin ağılsız niyyətləri varsa, onların nəticələri son dərəcə ağır olacaq”.