SEPAH saytı İranın artıq Zəngəzura nəzarət etdiyini iddia edib

SEPAH saytı İranın artıq Zəngəzura nəzarət etdiyini iddia edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

SEPAH-a bağlı “Sepah Pasdaran” Teleqram Kanalı qəribə iddia ilə çıxış edib. Tribunainfo.az xəbər verir ki, kanal İranın artıq Ermənistanın Zəngəzur bölgəsinə nəzarət etdiyi barədə xəbər yayıb.

Bildirilir: “İran əvvəllər NATO və sionist strukturların regiona təzyiq vasitəsi kimi baxdıqları Zəngəzur dəhlizi üzərində faktiki nəzarət yaradır.120 kilometrlik Təbriz-İrəvan strateji layihəsi qısa müddət ərzində həyata keçirilir və İranı Ermənistanla birbaşa birləşdirir. Bu marşrut Tehranın mövqelərini möhkəmləndirməklə yanaşı, həm də NATO və ya İsrailin Sünikdə möhkəmlənmək cəhdinə ciddi maneə yaradır: Ermənistana keçməzdən əvvəl onlar İranla toqquşmalı olacaqlar”.

Fərda Uğur