“Sionistlər tədricən Azərbaycanın torpaqları barədə yeni fikirlər səsləndirməyə başlayırlar və bu, təhlükəli bir oyunun başlanğıcıdır”.
Tribibunainfo.az xəbər verir ki, bu iddia ilə SEPAH-a bağlı “İran komandoları” səhifəsi çıxış edib.
Orada qeyd edilir ki, İsrailin Azərbaycandakı səfiri Qarabağda səfərdə olub. Daha sonra istehza ilə “O, əsasən İsrail podratçıları tərəfindən həyata keçirilən tikinti layihələri ilə tanış olmaq üçün Qarabağa getmişdi” ifadəsinə yer verilib.
Sonda səhifə “xatırlatma” da edib. “Xatırlatma: Fələstin, Cənubi Livan, Cənubi Suriya və Kiprin bəzi hissələri İsrail tərəfindən işğal olunub. Azərbaycan növbəti ölkə olacaqmı?”
Fərda Uğur










