SEPAH mediası Azərbaycana “ağıl” öyrədir – Sayıqlama

SEPAH mediası Azərbaycana “ağıl” öyrədir – Sayıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda SEPAH-a bağlı “Parstoday” saytı Azərbaycan-Ermənistan münasibətləri, bölgədə baş verən hadisələr fonunda məqalə ilə çıxış edib. Tribunainfo.az xəbər verir ki, sayt Azərbaycanı növbəti dəfə hədəfə alan fikirlərə yer verib.
Həmin məqalədə qeyd edilir ki, İrandan çəkilmiş qaz kəməri Ermənistanın enerji ehtiyacının yarıdan çoxunu təmin etmək iqtidarındadır. Ardından isə sayt yazır ki, son 4 ildə “Qarabağın Ermənistanın siyasi xəritəsindən çıxarılmasından” tutmuş, Ermənistanın Azərbaycanla sərhədinin dəyişdirilməsinə qədər Cənubi Qafqazda geosiyasi vəziyyət köklü dəyişikliklərə məruz qalıb. “Bu proseslər güc balansında əhəmiyyətli dəyişikliklə birləşdirildi”.
Məqalə müəllifi daha sonra bildirir ki, Türkiyə ilə Azərbaycan arasında müdafiə müqaviləsinin imzalanması, Rusiya sülhməramlı qüvvələrinin Qarabağdan çıxarılması, Aİ-nin məhdud müşahidə missiyası və Rusiya sərhədçilərinin Ermənistan-Azərbaycan sərhədindən çıxarılmasının İranın maraqları və təhlükəsizliyi üçün ciddi nəticələri olacaq. Lakin sayt nəticələrin nədən ibarət olmasından bəhs etmir.
“Parstoday” daha sonra yazır ki, Bakı İrəvanın vəziyyətini tam anlayaraq, Ermənistanın Rusiyadan enerji aslılığını azaltmaq üçün bu məsələyə daha çox əlavə mənfəət əldə etmək və İrəvana daha çox təzyiq göstərmək üçün təzyiq rıçaqı kimi baxır. “Bölgədə Rusiya qazını əvəz etmək üçün iki variant var: İran və Azərbaycan. İrəvan ikinci variantı seçərsə, o, Türkiyə-Azərbaycan müttəfiqliyinin təsir dairəsini daha da dərinləşəcək”.
Həmçinin o da qeyd edilir ki, Rusiya qazının Ermənistana daxil olduğu qaz kəməri mübahisəli Tavuş ərazisindən keçir. “Azərbaycan “anklav” rayonlara çıxış əldə etsə, Ermənistanı təmin edən Rusiya strateji qaz kəməri Bakının nisbi nəzarətinə keçəcək”.
İran nəşri yazının sonunda iddia edir ki, Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin yekun tənzimlənməsi sülh üçün başqa bir ilkin şərt olmamalıdır. “Regionun sabitliyinin pozulmasında maraqlı olan düşmən dövlətlərin Bakının Ermənistanla sülh müqaviləsi imzalamaq istəməməsindən İran sərhədləri yaxınlığında regionun sabitliyini daha da pozmaq üçün rıçaq kimi istifadə etməsi təhlükəsi var”.