“Azərbaycan və Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı atdığı addımlar Tehranın razılığı olmadan mümkün deyil”.
Tribunainfo.az xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü və SEPAH-ın keçmiş komandiri İsmayıl Kövsəri deyib.
O iddia edib ki, Tehran Amerika və İsrailin regionun geosiyasətini dəyişməsinə imkan verməyəcək. “Azərbaycan bilməlidir ki, belə fəaliyyətlərə icazə verilmir. İranın makro siyasəti Zəngəzur dəhlizinin formalaşdırılmamasına əsaslanıb”.
Kövsəri həyasızcasına Azərbaycan və Ermənistanı müstəqil dövlət olmadığını iddia edib. “Azərbaycan və Ermənistan müstəqil deyillər. Başqaları onları sülhə razı salmaqla bölgədə şeytani planlarını həyata keçirməyə çalışırlar”.
SEPAH-ın sabiq komandiri onu da deyib ki, Zəngəzur dəhlizinin qarşısını almaq üçün lazım olan reaksiyanı verəcəklər. “Biz Amerikadan gələn bir şirkətin birtərəfli qaydada yolu bağlamasına icazə verməyəcəyik. Azərbaycan və Ermənistan özlərini haqlı hesab edirsə, biz də özümüzü haqlı hesab edirik”.
P.S. Bunu o ölkənin rəsmisi deyir ki, özü Çin və Rusiyanın kuklasıdır. Moskva və Pekindən gələn bütün direktivləri can-başla yerinə yetirir. İran bu gün ölkəsinin yarısını Rusiya və Çinə verərək, ayaq altında qalıb.
Fərda Uğur