SEPAH-ın keçmiş komandirlərindən biri olan Hüseyn Kənani Müqəddəm qəribə açıqlama verib. Tribunainfo.az xəbər verir ki, o, Trampı cəzalandıracağını bəyan edib.
Müqəddəm bildirib ki, general Qasim Süleymaninin öldürülməsində Donald Tramp və yaxın ətrafının rolu olub və buna görə, o cəzalandırılmalıdır. “Qasım Süleymaninin öldürülməsi ilə bağlı Tramp və onun bu əməli törədən yoldaşlarından qisas alınmalıdır. Bu gün həmin qisas qılıncı əlimizdədir. Tezliklə onu cəzalandıracağıq. Prezident olması da onun köməyinə çatmayacaq”.