SEPAH generalının oğlu nazir müavini təyin edildibackend

SEPAH generalının oğlu nazir müavini təyin edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın yeni prezidentinin səırəncami ilə dünən Məhəmməd Sadiq Əzmifər energetika nazirinin müavini təyin edilib. Tribunaifo.az xəbər verir ki, Əzmifər həmçinin Neft Məhsullarının Emalı və Paylanması üzrə Milli Şirkətin baş direktoru da seçilib.

Sadiq Əzimifər SEPAH quru qoşunlarının döyüş mühəndisliyi və passiv müdafiə üzrə keçmiş müavini Cavad Əzimifərin oğludur. Cavad Əzimifər İranın İraq və Suriyaya müdaxilələrində böyük rolu olan komandirlərdəndir. O, hətta bu ölkələrdəki fəaliyyətinə görə, İran dövləti tərəfindən medalla da təltif edilib.

SEPAH generalının oğlunun İranın ən strateji sahələrindən birində rəhbər vəzifə tutması isə müzakirələrə səbəb olub. Hətta Pezeşkianı buna görə, sərt tənqid belə ediblər. Buna səbəb isə indiyə qədər SEPAH generallarının adlarının neft qalmaqallarında və korrupsiyasında hallanmasıdır.