SEPAH generalı infarkt keçirdi, ofis rəhbəri agent çıxdıbackend

SEPAH generalı infarkt keçirdi, ofis rəhbəri agent çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə gündür SEPAH-ın Qüds Qoşunlarının komandanı İsmayıl Qaaninin ölüb, ölmədiyi məsələsi müzakirə olunur. Tribunainfo.az xəbər verir ki, İsrail tərəfi Beyrutu bombalayarkən Qaaninin öldürüldüyünü iddia etmişdi.
Lakin İran rəsmiləri məlumatı təkzib edərək, onun sağlam olduğunu bildiriblər. Amma müəmma bununla bitməyib. Çünki həmin xəbərlərdən sonra Qaaninin İranın dini lideri Əli Xamineyi ilə görüşəcəyi məlumatı yayılsa da, hər hansı hadisə baş verməyib.
Qətər hökumətinə yaxın media orqanı olan “Middle East Eye” nəşri bu barədə yazıb ki, SEPAH-ın Qüds Qüvvələrinin komandanı İsmayıl Qaani və bir sıra yaxın həmkarları ev dustaqlığındadırlar. “Onlar Hizbullah lideri Həsən Nəsrullahın öldürülməsi zamanı təhlükəsizlik pozuntuları ilə əlaqədar dindirilirlər”.
“Sky News Arabic” kanalı isə İrandakı mənbələrinə istinadən iddia edib ki, Qaani dindirmə zamanı infarkt keçirib və xəstəxanaya aparılıb. Onun dindidilməsinin bir səbəbi kimi Qaaninin ofisinin rəhbərinin İsraillə əməkdaşlıqda şübhəli bilinməsi göstərilir.