backend

SEPAH generalı Ərdoğanı təhdid etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Bəşər Əsəd hökumətini devirməyə gücü çatmaz”. 

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Bəşər Əsəd hökumətini devirməyə gücü çatmaz”.

TİA.AZ  xarici mediaya istinadən xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəis müavini, general Rəsul Senayirad bildirib.

İranlı general deyib ki, əgər Türkiyənin belə gücü olsaydı, o zaman Suriya və İraqla sərhəddə “bufer zona” yaratmağa nail olardı: “Ancaq Türkiyə bunu bacara bilmədi. Ona görə də Türkiyə hakimiyyətinin Bəşər Əsədə qarşı müharibəsi yalnız quru sözdən ibarət ola bilər”.

Rəsul Senayirad iddia edib ki, Türkiyə və İordaniya Suriyada Bəşərə Əsədə qarşı olan qüvvələrə logistik dəstək verir: “Bu dəstəyin arxasında isə Türkiyə ilə yanaşı, Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirlikləri dayanır”.