SEPAH-ın keçmiş komandanı Möhsün Rafiqdost verdiyi müsahibəsi ilə qalmaqal yaradıb. Tribunainfo.az xəbər verir ki, o, 1979-cu il İran inqilabı ilə bağlı xatirələrini danışarkən, bir sıra etiraflar etməklə yanaşı, Güney Azərbaycanda yaşayan türkləri təhqir etməkdən də çəkinməyib.
“Araz News” saytının yaydığı məlumata görə, Rafiqdost bildirib ki, onlar inqilabdan sonra dövlətin ehtiyaclarını qarşılamaq üçün Güney Azərbaycanda bir sıra əməliyyatlar keçiriblər. Bu əməliyyatlar isə iş adamlarının mallarının bir qisminin müsadirə ilə yekunlaşıb. O açıqlamasında Təbrizdə də analoji addımı atdıqlarını bildirib və Güney Azərbaycan türklərinin ünvanına təhqiredici söz işlədib. “Biz onların mallarını müsadirə etdik. Bisavad Təbriz türkləri səslərini belə çıxara bilmədilər”.