İranda İsrailə hücumla bağlı fikir ayrılığı yaranıb. Tribunainfo.az xəbər verir ki, bunu hakimiyyət rəsmilərinin verdikləri açıqlamalar da təsdiqləyir.
Belə ki, İranın Baş Qərargah rəisi Məhəmməd Baqiri bəyan edib ki, İranın İsrailə hücumu qaçılmazdır və bu mütləq baş verəcək. “Əvvəlki iki əməliyyat forma və istifadə edilən silahlara görə fərqləndiyi kimi, İsrailin son təcavüzünə cavab da İsrail rejiminin liderlərinin təxəyyülünə zərbə vuracaq şəkildə planlaşdırılıb”.
Lakin İranın XİN başçısı Abbas Ərqaçı başqa fikir səsləndirib. O deyib ki, İranın İsrailə cavab vermək hüququ var. “Lakin Hizbullahla İsrail arasında atəşkəs haqqında razılaşmanın əldə olunması şərtləri və bizim yanaşmamızı dəyişir. Biz İran olaraq regional məsələləri də nəzərə alırıq. Ona görə də indi şərtlər dəyişib və belə bir hücuma gərək qalmadığını düşünürəm”.