İranın Sistan-Bəlucistan əyalətində vəziyyət pisləşib.
Tribunainfo.az xəbər verir ki, bu, iki öncə SEPAH-ın aksiyanı dağıtması nəticəsində 105 nəfəri öldürməsi hadisəsinin ildönümü ilə bağlıdır.
Belə ki, Məhsa Əmini hadisələri dönəmində Bəlucistan əhalisi də etirazlara qoşulmuşdu. Həmin vaxt oktyabrın 1-də cümə namazından çşıxan yerli bəluclar etirazlara başlamışdılar. SEPAH aksiyanı yatırmaq üçün onlara təş açmışdı. Həmin hadisələrdə 105 nəfər öldürülmüş, 300 nəfər yaralanmışdı. Həmin hadisəni “Qanı cümə” olaraq adlandırırlar.
Bu gün həmin hadisələrinin anım gündür. Bu səbəbdən də bəluc təşkilatları “Qanlı cüməni” qeyd etmək üçün dinc aksiya keçirəcəklərini bəyan edib. Lakin SEPAH gedişatdan qorxaraq, dünəndən əyalətin mərkəzi Zahedan şəhərinə qoşun yeridib. Məlumata görə, şəhərin bütün küçələrinə ağır texnikalar yerləşdirilib.
Fərda Uğur