SEPAH Bakıya qarşı dinc oturmur – Cəfəng iddia

SEPAH Bakıya qarşı dinc oturmur – Cəfəng iddia

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

SEPAH sakit oturmaq fikrində deyil. Əlinə fürsət düşsə də, düşməsə də Azərbaycanı ittiham eləmək üçün bəhanə axtarır. Tribunainfo.az xəbər verir ki, belə neqativ yanaşmalardan biri də dünən müşahidə olunub.
Belə ki, SEPAH-ın Telegram Kanalı xəbər yayıb ki, sərhəddə olan Parsabad bölgəsinin sakinləri ötən gecə İran və Azərbaycan sərhədində yerləşən Araz çayı üzərində naməlum obyekt gördüklərini və bir neçə saniyədən sonra yoxa çıxdığını bildiriblər. “Son illərdə Azərbaycan hökuməti videoçəkiliş və dinləmə üçün İsraildən casus şarları alıb və onlardan İran və Ermənistanın sərhədyanı rayonlarında və hərbi bazalarında casusluq etmək üçün istifadə edir”.
Qeyd edək ki, bu SEPAH-ın ilk yalanı deyil. Bundan əvvəl də, Zəngilanda İsrailin camış ferması inşa etməsi məsələsini “cəsus yuvası” söhbətinə calamışdı. Görünən odur ki, bu hərbi qurum heç bir vəchlə Azərbaycanla İranın münasibətlərinin düzəlməsini istəmir.