SEPAH Azərbaycanı Ermənistana görə hədələdi – Videobackend

SEPAH Azərbaycanı Ermənistana görə hədələdi – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) yenidən video yayaraq, Azərbaycan Respublikasını təhdid edib.

Axar.az xəbər verir ki, klip SEPAH-a bağlı sosial şəbəkələrdə yayılıb.

Klipdə SEPAH-ın hərbi gücü nümayiş etdirilir və komandirlərin dilindən bölgədə “hansısa geopolitik dəyişikliy”in qarşısının alınacağı deyilir.

“Qonşu ölkələrin sərhədlərində geopolitik dəyişikliklərə imkan verməyəcəyik, bu bizim qırmızı xəttimizdir”, – qeyd edilir.

Klipdə Ermənistan sərhədləri və Zəngəzur bölgəsi qırmızı xətlə çərçivələndiyi üçün SEPAH-ın “qırmızı xətti”nin Ermənistan olduğu məlum olur.

Qeyd edək ki, video ötən il hazırlanıb, SEPAH-a bağlı Teleqram kanallarında isə yenidən yayılıb.

Teleqram kanallarında isə yenidən yayılıb.