SEPAH agentliyi Azərbaycan haqda baxın nələr yazdı

SEPAH agentliyi Azərbaycan haqda baxın nələr yazdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

SEPAH-ın tabeliyində olan “Tasnim” agentliyi Azərbaycanla bağlı maraqlı yazı ilə çıxış edib. Tribunainfo.az xəbər verir ki, yazıda əsasən Azərbaycanın Rusiya ilə İran arasında qaz tranziti məsələsindən, onun potensialından bəhs olunur.
Agentlik yazır ki, Rusiya Azərbaycan vasitəsilə İrana hər il 55 milyard kubmetr qaz ötürmək barədə razılığa gəlib. “Texniki və geosiyasi çağırışlarla bağlı olan bu layihənin region üçün mühüm iqtisadi və strateji nəticələri olacaq”.
Nəql edilir ki, Rusiya öz qazını İrana təkcə Azərbaycan üzərindən deyil, Orta Asiya vasitəsi ilə də həyata keçirməyi planlaşdırır. “Sovet dövründən qalan qaz kəmərləri şəbəkəsi Azərbaycan ərazisindən ildə 10 milyard kubmetrədək qazın ötürülməsini təmin edir. Amma bunun üçün yenilənmiş kompressor stansiyaları və mövcud şəbəkə də yenidən qurulmalıdır. Bundan əlavə, ixracın həcminin bu miqdardan çox artırılması yeni boru xəttinin çəkilməsini və milyardlarla investisiyanın yatırılmasını tələb edir”.
“Tasnim” yazır ki, bu layihənin Azərbaycan üçün mühüm nəticələri ola bilər. “Rusiya qazının İrana nəqli marşrutunda olmaqla Azərbaycan bu mövqeyindən həm regional bərabərliklərdə öz mövqeyini möhkəmləndirmək, həm də tranzit hüququndan pul qazanmaq üçün istifadə edə bilər. Amma eyni zamanda, bu məsələ Azərbaycanın Rusiyadan asılılığını artıra, həm də Qərblə münasibətlərdə gərginlik yarada bilər”.
Məqalədə vurğulanır ki, Rusiyanın Azərbaycan üzərindən İrana böyük həcmdə qaz ixrac etmək, daha sonra isə Türkiyə vasitəsilə Avropaya satmaq planları hazırda çox aydın deyil. “Yaxın gələcəkdə sovet dövründən qalan qaz kəmərləri şəbəkəsinin yenidən qurulması hesabına bir neçə milyard kubmetr qazın İrana ixracı daha realdır”