SEPAH-A YAXINLIĞI İLƏ SEÇİLƏNLƏR YOXA ÇIXIR, MÜƏMMALI ŞƏKİLDƏ ÖLÜRbackend

SEPAH-A YAXINLIĞI İLƏ SEÇİLƏNLƏR YOXA ÇIXIR, MÜƏMMALI ŞƏKİLDƏ ÖLÜR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

SEPAH-ın keçmiş komandirlərindən general Məhəmməd Bağır Bəxtiyar Molla rejiminin “təhlükəsizlik” qüvvələrinin evinə hücumu nəticəsində həbs edilib və şəxsi əşyaları da müsadirə edilib. Bəxtiyar daha əvvəl bir audio faylı yayaraq hökumətini “Mehsa Əmininin” ölümünün əsl səbəblərini gizlətməkdə günahlandırmışdı.

Tribunainfo.az-ın məlumatına görə, bu barədə politoloq Turan Rzayev məlumat paylaşıb. O bildirib ki, etiraz aksiyalarının şiddətlənməsi fonunda SEPAH daxilində müxalif fikirlərin səslənməsi diqqət çəkir. Ümumiyyətlə, rejim SEPAH daxilində etirazçılara dəstək vermək istəyənlərin olmasından ehtiyat edir. Buna görə də ard-arda SEPAH-ın keçmiş üzvləri, hazırda çalışan və SEPAH-a yaxınlığı ilə seçilən ya saxlanılır, ya da müəmmalı şəkildə ölüm xəbəri yayılır:

“Misal üçün İranın Məhkəmə Sistemi 4 nəfərin İsraillə kəşfiyyat sahəsində əməkdaşlıq etməsi ittihamı ilə edam cəzasına məhkum edildiyini açıqlayıb. Diqqətçəkən məqam isə İranın müxalifət mediasında həmin şəxslərin SEPAH-ın Qüds Qüvvələrinin 840-cı briqadasının üzvləri olduğu bildirilir.

Maraqlıdır ki, İran televiziya kanallarında da həmin 4 şəxsin SEPAH-ın Qüds Qüvvələrinin 840-cı briqadasının digər üzvü Mənsur Rəsulinin qaçırılmasında rol oynamaqda və ondan etiraf almaqda ittiham olunduğu deyilir”.

Nigar