Sentyabrda müharibə olacaq? – AÇIQLAMAbackend

Sentyabrda müharibə olacaq? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son 4 ildir sentyabr ayında müharibə, xüsusi əməliyyat, antiterror tədbirləri olur. İctimaiyyətdə yenə buna bənzər gözləntilər var. Xüsusilə də Ermənistanın silahlanması, sülh müqaviləsinin imzalamaqdan yayınması bu fikri daha da aktual edir.

Sadalanan proseslər sentyabr ayına təsadüf etdiyinə görə, sentyabr həm Ermənistan, həm də Azərbaycan cəmiyyətində müharibə, antiterror əməliyyatları ayı kimi xarakterizə edilir.

Bu dəfə də hər hansı toqquşma, eskalasiya, xüsusi əməliyyat gözlənirmi?

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən hərbi ekspert Emin Həsənli bildirib ki, ermənilər xislətini dəyişmədikcə, xəstə təfəkküründən əl çəkmədikcə hər il, hər ay, hər gün hər şey ola bilər.

Hərbi ekspertin sözlərinə görə, sentyabr ayı Azərbaycan üçün ən uğurlu aylardandır. Sentyabrın 27-si 44 günlük vətən müharibəsi başladı. 2020-ci və 2023-cü ildə antiterror tədbirləri oldu və Azərbaycan ordusunun, Azərbaycan dövlətinin, Azərbaycan xalqının gücünü göstərdi.

“Ermənilər iki əsrdir ki, bu bölgəyə gəlib. Bu bölgəyə gəldiyi gündən etibarən seperatizm var, qan var, işğal var, soyqırım var, terror var, ən ağır cinayətlər var.
Ermənilər bu bölgəyə uyğunlaşa bilmirlər. Qonşulara qarşı ərazi iddiaları qaldırırlar. Ermənistan 100 il bundan öncə tarixi Azərbaycan torpağında yaradılıb. Ermənilər 1828-ci ildə Türkmənçay müqaviləsindən sonra gəliblər.

Həm bolşevik Rusiyası dövrü, həm çar Rusiyası dövrü, həm də son dönəmlər ardı-ardına ən ağır cinayətlər törədiblər. Ona görə də Ermənistanın bu cür hadisələri törətməsinin qarşısı birdəfəlik alınmalıdır. Azərbaycan dövləti çox möhtəşəm əməliyyatlar keçirdi. Dəmir yumruq yerindədir. Ermənistan havadarlarına arxayın olaraq yenə Fransa, Hindistan timsalında silahlanır. Rusiyadan da silahlar alır. Bu silahları növbəti müharibə olarsa “Hərbi Qənimətlər Parkı”nda nümayiş etdiriləcək. Ermənistan ağlını başına yığmasa bu dəfə onun üçün daha ağır cəza olacaq. Bu cəza onun mövcudluğunu sual altına qoyacaq”.