Sentyabrda məhkəməyə verilən sığorta şirkətləri – SİYAHIbackend

Sentyabrda məhkəməyə verilən sığorta şirkətləri – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkədə özünü doğrultmuş, hər kəsin üstünlük verdiyi sığorta şirkəti demək olar ki, yoxdur. Bu gün avtomobillərini məcburi şəkildə sığorta etdirən sürücülər belə bu şirkətlərlə daim problem yaşayır. Məhz bu səbəbdəndir ki, belə sığorta şirkətlərinə heç kəs əmlakını, evini sığorta etdirmək istəmir. Bu şirkətlərə etibarın olmamasının bir səbəbi də onların vətəndaşlarla yaşadığı məhkəməyə çəkişmələridir. Elə bir ay yoxdur ki, sığorta şirkətləri məhkəməyə verilməsin.

Tribunainfo.az sentyabr ayında məhkəmə çəkişməsi olan sığorta şirkətlərinin siyahısını tərtib edib.
Siyahını təqdim edirik:

“Atəşgah Sığorta” – 49 məhkəmə
“Azsığorta” – 48 məhkəmə
“Xalq Sığorta” – 23 məhkəmə
“Atasığorta” – 19 məhkəmə
“BakıSığorta” – 15 məhkəmə
“Meqa Sığorta” – 13 məhkəmə
“A-Group” sığorta – 6 məhkəmə
“Qala Sığorta” – 4 məhkəmə
“Günay Sığorta” – 2 məhkəmə
“Qala Həyat Sığorta” – 1 məhkəmə
“Azərbaycan Sənaye Sığorta” – 1 məhkəmə

Nigar