Sentyabrda dünya üzrə bu qədər elektromobil satılıb

Sentyabrda dünya üzrə bu qədər elektromobil satılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çində yüksək tələbat və ABŞ-da vergi güzəştlərinin başa çatması ərəfəsində avtomobil alınmasına marağın artması ilə əlaqədar sentyabrda dünyada elektriklə işləyən avtomobil satışları rekord həddə – 2,1 milyon ədədə çatıb.

Tribunainfo.az xəbər verir ki, Böyük Britaniyanın “Rho Motion” konsaltinq şirkətinin məlumatına görə, elektromobil satışları 2024-cü ilin eyni ayı ilə müqayisədə 26 faiz artıb. Ötən ay təxminən 1,3 milyon elektrik avtomobilinin alındığı Çinin payına qlobal satışların təxminən üçdə ikisi düşüb. ABŞ-da satışlar 215 min ədədə (66 faiz artım) çatıb. Alıcılar elektriklə işləyən nəqliyyat vasitələri üçün müddəti bitən 7500 dollarlıq vergi güzəştindən yararlanmağa tələsiblər.

Avropa da Almaniyadakı stimullaşdırıcı tədbirlər və Böyük Britaniyada yüksək tələbat sayəsində sentyabr ayında satışlar 36 faiz artaraq rekord səviyyəyə çatıb (427 min 540 avtomobil). “Tesla” kompaniyasının Avropada daha münasib qiymətə “Model Y” elektromobili təqdim etməsinin qarşıdakı aylarda rəqabəti daha da gücləndirəcəyi gözlənilir.

Digər ölkələrdə isə satışlar ümumilikdə 48 faiz artaraq 153 min 600 avtomobilə çatıb.