Sentyabr hadisələrində 6 azərbaycanlı işgəncələrlə öldürülüb – Rəsmibackend

Sentyabr hadisələrində 6 azərbaycanlı işgəncələrlə öldürülüb – Rəsmi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sentyabr hadisələrində erməni hərbçiləri tərəfindən işgəncələrlə öldürülən və həmin görüntüləri yayılan 6 nəfər azərbaycanlının nəşi Azərbaycan tərəfinə təhvil verilib”.

TİA.AZ xəbər verir ki, bunu Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov Ermənistanın silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən 1988-ci ildən bu günədək Azərbaycana qarşı törədilmiş cinayətlərə dair Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin birgə brifinqində sualı cavablandırarkən deyib.

O qeyd edib ki, sosial şəbəkələrdə yayılan digər görüntülərlə bağlı istintaq qrupu tərəfindən araşdırmalar davam etdirilir.