Xəbər verdiyimiz kimi 61 saylı Qusar seçki dairəsi üzrə VII çağırış Milli Məclisə deputatlığa namizəd ehtiyatda olan polkovnik Rəşad Aslanov sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar kütləvi təbliğat-təşviqat kampaniyasına davam etdirir
Tribunainfo.az -a deputatlığa namizəd Rəşad Aslanovun gərargahından verilən məlumata görə,Qusardan iddialı namizəd Rəşad Aslanov Ümummilli Lider Heydər Əliyevin abidəsini və şəhidlər xiyabanın ziyarət edərək farağat duruşunda öz ehtiramını bildirib.
Döyüş yoldaşlarını, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman qardaşlarının əziz xatirəsini yad edib. Rəşad Aslanov Qusar rayonu Avaran,Xürəl və Ciləgir kəndlərində görüş keçirib
Qalib ölkəmizin ehtiyatda olan polkovniki olaraq kənd sakinləri onu rəğbətlə qarşılayıblar. Görüş zamanı səmimi söhbəti olub. Rəşad Aslanova doğma münasibət bəsləyən kənd sakinləri seçkilərdə ona qələbə qazanması üçün səs verəcəklərini bildiriblər.Rəşad Aslanov seçicilərə Dövlətimizə-sədaqətlə, Xalqımıza şərərflə xidmət edəcəyini diqqətə çatdırıb. O bildirib ki, əziz,doğma qusarlılar onu seçkilərdə qalib edəcəyinə inanır.
Hər birimiz 1 sentyabr 2024-cü ildə ölkəmizin gələcəyi üçün növbədənkənar parlament seçkilərində iştirak etməyinimiz vacibdir. Seçkilərdə səs verərək öz istəyimizə çatmağımız üçün Sizlərdən birinə səs verməyə çağırıram.
Səngərdən gəlib doğma Qusarımız üçün çalışacağıma əmin ola bilərsiz deyə Rəşad Aslanov bildirib.
Gərərgahdan bildirblər ki, görüşlər davam etdirilərək.