“Səngəçal Elektrik Stansiyası” cərimələnir – SƏBƏB

“Səngəçal Elektrik Stansiyası” cərimələnir – SƏBƏB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərenerji” ASC Bakı və Abşeron yarımadası da daxil olmaqla ölkə enerjisistemində xüsusi rolu olan “Səngəçal Elektrik Stansiyası” ilə bağlı cərimə protokolu imzalanıb.

Tribunainfo.az-ın xəbərinə görə, məlum olub ki, “Səngəçal Elektrik Stansiyası” İnzibati Xətalar Məcəlləsinin ekeoloji təhlükəsizlik qaydalarına əməl etmir. Belə ki, sözügedən qurum İXM-nin 233.1-cü maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir.
“Səngəçal Elektrik Stansiyası” ilə bağlı işə 30 yanvar tarixində Bakı Apellyasiya Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə baxılacaq.

Qarşı tərəfi dinləməyə hazırıq.

Nigar