Sənətçilər Kamil Zeynallının müdafiəsinə qalxdı – “Polad müəllim, Kamilə sahib çıxın”

Sənətçilər Kamil Zeynallının müdafiəsinə qalxdı – “Polad müəllim, Kamilə sahib çıxın”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada saxlanılan azərbaycanlı idmançı Kamil Zeynallının həyat yoldaşı müğənni Gülay Zeynallı sosial şəbəkə hesabı vasitəsilə kömək istəyib.

Tribunainfo.az yazır ki, Gülay Zeynallı ölkə başçısı İlham Əliyevdən və birinci xanım Mehriban Əliyevadan kömək istəyib:

“Hörmətli Mehriban xanım, cənab prezident, sizdən çox xahiş edirəm, Kamilə kömək edin. Göydə Allah, yerdə Siz ona kömək edə bilərsiz. Çox çarəsiz bir haldayıq. Kömək edin bizə”.

Bəzi sənət adamları da K.Zeynallının Rusiyada saxlanılmasına səssiz qalmayıblar.

 


Xalq artisti Flora Kərimova bildirib ki, Rusiyada yaşayan 2 milyon azərbaycanlı millətliyini göstərməlidir:

“2 milyon balaca güc deyil. Ümid verən hal odur ki, səfirimiz hərəkətə keçirb. Rusiyada da azərbaycanlı vəkillər birləşib bu işi təmənnasız aparırlar. Çanki kamilin həbsinin bir başa millətə aidiyyəti var. 83 yaşımda mən Rusiyadakı azərbaycanlılara, diasporaya üzümü tuturam, İndi xalq olub, həmrəy olun, qoymayın kamili erməni əlinə təhvil versinlər”.
Xalq artisti Briliant Dadaşova isə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna səslənib:

“Polad müəllim, söhbət erməni məsələsidirsə, özünüz qalxın gedin kamilə sahib çıxın. Prezidentimizin sizə göstərdiyi etimadı doğruldun.
Bir bu oyun qalmışdı başımıza gətirilməyən. Əminik ki, ölkəmiz bu absurd məsələyə müdaxilə edəcək”.

Nigar