backend

Sənət adamları Heydər Əliyevi yada saldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 13 il keçir. 

Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 13 il keçir.

TİA.AZ xəbər verir ki, sənətçilər sosial şəbəkədə bağlı ulu öndərin xatirəsini yad edib.

Xalq artisti Faiq Ağayev instagramda “Dahi” mahnısını paylaşıb və “Ruhun şad olsun dahi” yazıb.

Əməkdar artist Aybəniz Haşımova “Ölməz tarix. 12 dekabr dahi Heydər Əliyevin bizi tərk etdiyi gündür. Biz onu çox axtaracağıq” qeydini yazıb.

Məşhur aparıcı Murad Dadaşov ulu öndəri belə yad edib: “Azərbaycan tarixinin danılmaz lideri, şəxsiyyətini xalqı ilə bütünləşdirən, “Böyük” ünvanını əməllərinin mahiyyəti ilə təsdiqləyən dahi rəhbər – Heydər Əlirza oğlu Əliyevin ölümündən 13 il keçir. Bu tarixi sayğı ilə anırıq”.

Xalq artisti Firəngiz Mütəllimova ümummilli liderlə fotosunu paylaşıb və ürək sözlərini yazıb: “Ən yaxşı və ən çətin anlarımızda yanımızda olan və qayğılarını heç vaxt əsirgəməyən möhtəşəm və müdrik babamız. Yerin cənnət olsun, İnşallah”.

Xalq artisti Alim Qasımov fikrini belə ifadə edib: “Ümumilli lider, dahi şəxsiyyət, böyük siyasətçi Heydər Əliyevin anım günüdür. Allah rəhmət eləsin”.

Ruhi Əliyeva ulu öndər Heydər Əliyevin xatirəsini qürurla yad etdiyini yazıb: “Müasir Azərbaycanımızın banisi, ruhunuz şad olsun. Məzarınız nurla dolsun, Allah sizə rəhmət etsin!”

Əməkdar artist Elza Seyidcahan “Heydər Əliyevin anım gündür. Ruhu şad olsun!” sözlərini yazıb.

Xoşqədəm Baxşəliyeva: “Böyük insan, böyük şəxsiyyət, böyük Lider! Bu gün dünyada tanınan və inkişaf edən Azərbaycan üçün sizə borcluyuq! Özünüzdən sonra bu millətə layiqli davamçınızı bəxş etdiyinizə görə, sizə minnətdarıq. Allah sizə rəhmət etsin, Ulu öndər!”

Müğənni Azərin H.Əliyevin fotosunu paylaşıb və “Sayğı və hörmətlə yad edirik” yazıb.

Lalə Məmmədova da ulu öndəri sevgi və hörmətlə andığını qeyd edib.

Müğənni Natəvan Həbibi ulu öndəri yad etdiyi statusunda bunları bildirib: “12 dekabr – xalqın əbədi sevgisini qazanmış ümummilli lider H.Əliyevin anım günüdür. Heydər Əliyev respublikada ictimai-siyasi sabitliyi təmin edib, vətəndaş qarşıdurmasını aradan qaldırıb, ölkənin parçalanmasının qarşısını almaqla milli qurtuluşu təmin edib. O, xalqımızın yaddaşında qurucu və xilaskar dövlət xadimi, xalq məhəbbətini qazanan öndər kimi qalıb ve qalacaq da…”

Günay İbrahimli, Nadir Qafarzadə, Abbas Bağırov, Nisə Qasımova, Manaf Ağayev, Namiq Qaraçuxurlu, Xatirə İslam, Zaur Baxşəliyev, Zamiq Hüseynov, Elnarə Xəlilova və digər məşhurlar sosial şəbəkədə Heydər Əliyevin video və fotolarını paylaşaraq ona Allahdan rəhmət diləyiblər.