backend

Sənədsiz ev problemi necə həll olunacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bakıda və Abşeron yarımadasında qanunsuz tikilən evlərin əksəriyyəti rəsmiləşdirilmədən vergilərə cəlb olunur”. 

“Bakıda və Abşeron yarımadasında qanunsuz tikilən evlərin əksəriyyəti rəsmiləşdirilmədən vergilərə cəlb olunur”.

TİA.AZ xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bildirib.

Qanunsuz tikililərlə bağlı problemin əsas səbəbini də açıqlayan A.Rəhimzadə deyib ki, bəzən bələdiyyələr torpağın ona, yaxud başqa bələdiyyəyə məxsus olduğunu dəqiq bilmir:

“Bələdiyyə bilməyib ki, torpaq ona, yaxud başqa bələdiyyəyə məxsusdur. Ona görə də qanunsuz tikililərlə bağlı problem yaranıb. Bələdiyyənin ərazisi dəqiqləşdirilib, xəritə veriləndən sonra bələdiyyə biləcək ki, bu torpaq onun ərazisidir, yoxsa yox. Xəritələr müəyyənləşəndən sonra bu problemlərin həlli daha asan olacaq. İndiyə qədər bələdiyyənin başqa bələdiyyənin ərazisində torpaq verməsi halları olub. Buna görə bələdiyyələri təqsirləndirmək də olmaz, çünki bir çox bələdiyyə indiyə qədər ərazisinin hara olduğu, haradan başlayıb harada qurtardığını bilməyib”.

A.Rəhimzadə bələdiyyələrin xəritələrinin əksəriyyətinin hazırlanaraq Milli Məclisin Reyestr Xidmətinə verildiyini də söyləyib:

“Ümumilikdə, 59 rayonda ərazilərlə bağlı mübahisələr var. Həmin mübahisələr həll ediləndən sonra bələdiyyələrin hamısı biləcək ki, ərazisi haradır, hansı əraziyə sərəncam verə bilər, harada onun sərəncamı ilə ev tikə bilərlər”.