Albaniya “Eqnatiya”sına transfer olunan millimizn üzvü Vüsal İsgəndərli UEFA Konfrans Liqasının 1-ci təsnifat mərhələsində “Ararat”a (Ermənistan) qarşı matçlar üçün sifariş ərizəsində yer alıb.
Bu barədə özü məlumat verib. O deyib ki, İrəvandakı oyuna getmək istəyir: “Sənəd problemi olmasa, İrəvandakı oyuna gedəcəm. Yeni klubumda özümü yaxşı tərəfdən göstərməyə çalışacağam”.
Qeyd edək ki, “Eqnatiya” “Ararat”a qarşı ilk oyununu iyulun 13-də səfərdə, cavab matçını isə 1 həftə sonra Albaniyada keçirəcək.
Xatırladaq ki, V.İsgəndərli bu ay yeni klubu ilə 3 illik müqavilə imzalayıb.