Senatordan Zəhrayla bağlı açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Erməni vəhşiliyi nəticəsində Füzuli rayonu Alxanlı kəndində Sahibə Quliyeva və onun ikiyaşlı nəvəsi Zəhra Quliyevanın qətlə yetirilməsi ilə bağlı Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Fransa ofisi tərəfindən verilən sorğuya cavab olaraq Fransa-Qafqaz Dostluq Qrupunun üzvü Senator Kristof-André Frassa açıqlama verib.  

TİA.AZ  xəbər verir ki, o,açıqlamasında bunları deyib: 

“İstənilən insan tələfatı təəssüf hissi doğurur. Azyaşlıların hədəfdə olması isə xüsusilə ağırdır. Münaqişəni diplomatik yollarla ilə həll olunması indi həmişəkindən daha aktualdır. Qafqaz regionunda dinc sakinlərin təhlükəsizliyini təmin etmək üçün bütün zəruri işlər görülməlidir”