Ermənistanda nəşr olunan “Hraparak” qəzeti son günlər İran diplomatlarının Azərbaycan və Ermənistana səfərlər etməsi ilə bağlı qəribə iddia ilə çıxış edib. Tribunainfo.az xəbər verir ki, erməni qəzeti bu səfərlərin səbəbsiz olmadığını yazıb.
“Hraparak” qeyd edib ki, İranın XİN başçısının Ermənistana, İran prezidentinin siyasi məsələlər üzrə müşaviri mehdi Sənainin isə Azərbaycana səfərləri dəstək və təminatla bağlı olub. “Artan təzyiqlər fonunda Tehran qonşu dövlətlərdən dəstək axtarır. Belə ki, İran prezidentinin siyasi məsələlər üzrə müşaviri Mehdi Sənainin Bakıya, ondan əvvəl isə İran XİN başçısı Abbas Əraqçının İrəvana səfərləri həmin dəstəyi almaq məqsədi daşıyıb. Ən azından bu iki ölkə ərazisindən hücum edilməməsinə təminat istəyiblər”.
Erməni nəşrinin iddiasının nə qədər əsaslı ola biləcəyini demək çətindir. Lakin İranın Azərbaycandan qeyd edilən təminatı istəməsi bir qədər absurd görünür. Çünki rəsmi Bakı uzun illərdir bəyan edir ki, Azərbaycan İrana qarşı atılacaq addımların heç birində iştirak etməyəcək və öz ərazisindən plastarm kimi istifadəsinə də imkan verməyəcək. Üstəlik, indiyə qədər Azərbaycan verdiyi bu sözün üzərində durub.
Uğur Rəhimli