Ötən ilin sonunda Özbəkistanda həbs edilən iş adamı Şəmsi Səmədzadə azadlığa buraxılıb.
Yerli mediada Səmədzadənin bir neçə gün əvvəl həbsdən çıxdığı bildirilsə də, o ötən il dekabrın sonunda azadlığa buraxılıb.
Şəmsi Səmədzadə Ajans.az-ın baş redaktoru, jurnalist Tural Müseyibova müsahibə verib. O, bildirib ki, həbsinin detalları və səbəbləri barədə danışmaq istəmir:
“Bu məsələni artıq arxada qoymuşam. Həyatımı yenidən qurmağa və işlərimə davam etməyə fokuslanmışam,” – deyə iş adamı qeyd edib.
Qeyd edək ki, Şəmsi Səmədzadə Azərbaycanda ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdi. Lakin Prezident İlham Əliyevin 2022-ci ildə imzaladığı əfv sərəncamı ilə o, azadlığa buraxılmışdı.