Şəmkirdə böyük özbaşınalıq – Pensiyanı bankomatdan çıxarmaq üçün pul tələb edilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəmkir Rayon Mərkəzi Poçtunda baş verən özbaşınalıq insanlar arasında ciddi narazılığa səbəb olub.
 Şəmkir Rayon Mərkəzi Poçtunda baş verən özbaşınalıq insanlar arasında ciddi narazılığa səbəb olub.

GoldNews.az-a bununla bağlı videomaterial təqdim edən şəxs bildirib ki, poçtun əməkdaşı olan orta yaşlı qadın pensiyaçıların alacağı təqaüdləri pul qarşılığında bankomatdan çıxararaq onlara verir. Belə ki, qadın bankomata yaxınlaşan yaşlı insanlara 0.5- 1 AZN qarşılığnda xidmət göstərir. Bildirilir ki, həmin qadın bankomatdan pulunu özü çıxarmaq istəyənlərə də imkan vermir və sanki aparatı özəlləşdirib.

Kadrlardan da göründüyü kimi, poçt əməkdaşı bankomatın qarşısında sözün əsl mənasında işləməsi üçün özünə lazım olan hər bir şəraiti qurub.

Görüntüləri təqdim edirik:
TİA.AZ