Şəmkirdə 7 nəfərin öldüyü ağır qəzaya səbəb sürücünün ürək tutması olub.
Tribunainfo.az-ın məlumatına görə, sürücü Arif Bağırovun sükan arxasında ürək tutmasından dünyasını dəyişdiyi ehtimal olunur.
Qeyd edək ki, qəza nəticəsində ölənlərin 4-ü kişi, 3-ü qadındır:
– 1992-ci il təvəllüdlü Şadət Bayramov,
– 1975-ci il təvəllüdlü Bəsti Nəbiyeva,
– 1977-ci il təvəllüdlü Aydın Pənahov,
– 1962-ci il təvəllüdlü Qızxanım Tomayeva,
– 2008-ci il təvəllüdlü Kənan Məmmədov,
– 1978-ci il təvəllüdlü Fəxriyyə Novruzova
– 1966-ci il təvəllüdlü Arif Bağırov.
Yaralananlar arasında Ağstafa və Bakı sakinləri, həmçinin bir Gürcüstan vətəndaşı da var:
– M.Qəribov – 1995-ci il təvəllüdlü, Ağstafa rayon sakini
– N.Qəribova – 2004-cü il təvəllüdlü, Ağstafa rayon sakini
– K.Məmmədov – 1969-cu il təvəllüdlü, Ağstafa rayon sakini
– Ş.Pənahova – 1975-ci il təvəllüdlü, Bakı şəhər sakini
– B.Gözəlova – 1970-ci il təvəllüdlü, Gürcüstan vətəndaşı
Yaralılardan K.Məmmədovun vəziyyəti ağır olduğundan o, Gəncə şəhər xəstəxanasına aparılıb.