Şəmkir rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsinin təfərrüatları məlum olub.
Bakıdan Qazaxa hərəkət edən “Mercedes” markalı “Sprinter” sərnişin mikroavtobusu yük maşınına arxadan çırpılıb. Qəza nəticəsində 7 nəfər hadisə yerində həyatını itirib. İlkin məlumata görə, ölənlərin əksəriyyəti qadınlardır.
Qəzada çox sayda sərnişin xəsarət alıb. Yaralılar təcili tibbi yardım avtomobilləri ilə Şəmkir və Gəncə şəhər xəstəxanalarına çatdırılıb.
Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub, araşdırma aparılır. Qəzanın səbəbləri dəqiqləşdirilir./APA