Şəmkirdə bıçaqlanma hadisəsi olub.
TİA.AZ “ARB TV”-yə istinadən xəbər verir ki, rayon sakini 57 yaşlı İsrail Hüseynov çoxsaylı bıçaq xəsarətləri ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına gətirilib. Tibbi yardım göstərilən yaralı reanimasiya şöbəsinə yerləşdirilib.
Vəziyyəti orta-ağırdır. Hadisənin kim tərəfindən və hansı şəraitdə törədildiyi araşdırılır.