Səməd Seyidovun AĞ Partiyadan olan rəqibi:Vətəndaşın səsi olanlar Məclisdə oturmalıdırbackend

Səməd Seyidovun AĞ Partiyadan olan rəqibi:Vətəndaşın səsi olanlar Məclisdə oturmalıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Seçki prosesinin gedişatında hələ ki, heç bir çətinliklə üzləşməmişəm. Ümid edirəm də ki, inşallah üzləşmərəm. Qazağ rayonundan AĞ Partiyanın təşəbbüsü ilə namizədliyim irəli sürülübdür. Lazım olan imzaları topladıq, müvafiq instansiyaya təqdim etdik və qeydiyyatdan keçdik. Seçkidə iştirakım həm təmsil etdiyim siyasi partiyanın baxış bucağını əks etdirir, həm də elim, obam olan Qazağın qayğılarının Milli Məclis kürsülərindən dilə gətirilməsini istəyirəm”.
Bu sözləri Tribunainfo.az-a AĞ Partiyanın 109 saylı Qazax seçki dairəsindən deputatlığa namizədi Azər Hüseynov deyib. Onun sözlərinə görə, Qazağ spesifik rayondur, sərhəd bölgəsidir, Azərbaycanın Qərb qapısıdır: “Azərbaycanın bütün bölgələri dəyərdir. Bununla belə xüsusi ilə sərhəd bölgələrinin daha çox diqqətə, qayğıya ehtiyacı var. Sərhədlərin möhkəmliyi, oradakı həyatın mürəffəh olması önəmlidir. Ona görə də müvafiq qurumlar, xüsusi ilə sosial siyasətə cavabdeh qurumlar anlamalıdırlar ki, Qazağın, digər sərhəd və strateji bölgələrin əhalisinin sosial təminatlılğına xüsusi fikir vermək lazımdır. Maliyyə vasitələrinə qənaətin ifratı bəzən bumeranq olaraq təhlükəsizlik problemi kimi geriyə dönür. Bir daha qeyd edim ki, seçki prosesinin, vətəndaş iştirakının dərinləşdirilməsi ölkəmiz üçün çox önəmlidir. Hər halda siyasi cinahından asılı olmayaraq hər kəs, xüsusi ilə hakim partiya bunda maraqlı olmalıdır. Çünki vətəndaş təmsili demokratiyada öz dərdlərini, arzularını, istəklərini dövlətə millət vəkillərinin dili ilə çatdırır. Ona görə seçkilərin şəffaflığı, müvafiq instansiyaların seçki prosesində millət qarşısında vəzifəsini dərk etməsi olduqca vacibdir”.
A. Hüseynov bildirib ki, vətəndaş təmsili demokratiya vasitəsi ilə istədiyi insanları parlamentdə görməlidir ki, radikallaşmasın, cəmiyyətin bəlli qismləri marjinallaşdırmasın vətəndaşı: “Vətəndaşın səsi olan insanlar Məclisdə oturmalıdır. Millət vəkilinin əsas vəzifəsi budur. Əsas məqsədim də odur ki, Milli Məclisə seçilərəmsə Qazağ elinin dərdlərinin, fikirlərinin, qayğılarının ifadəçisi olum. Dərdlər ifadə olunmayanda qəbul olunan qanunlar işlək olmur, bunu hamı başa düşməlidir. Bu qanunlar Qazağda pomidor əkənin, dağlarda qoyunlarını otaranın, Xramda balıq tutanın dərdlərini həll edə bilmir”.
Qeyd edək ki, bu dairədən YAP Səməd Seyidovu namizəd irəli sürüb. O, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəridir.

Həsən