backend

Səməd Seyidovdan Jirinovskiyə CAVAB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Rusiyanın Liberal Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovskinin Azərbaycanla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.  Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Rusiyanın Liberal Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovskinin Azərbaycanla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

TİA.AZ-ın məlumatına görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən S.Seyidov bildirib ki, əslində bu sözlərə fikir verməyə bilərdik: “Bu fikirlərin Xocalı soyqırımının 25 illiyi ərəfəsində deyilməsi qəbuledilməzdir. Azərbaycanın quberniya olması məsələsinə, əslində İrəvan bu statusa daha çox uyğun gəlir. Ermənistan həmişə quberniya olub. Təklif edirəm ki, Ermənistan Azərbaycanın quberniyası olsun, çünki qondarma dövlətdir, Azərbaycan ərazisində yaranıb”.

S.Seyidov xatırladıb ki, prezident İlham Əliyev Brüsselə səfəri zamanı bir sıra görüşlər keçirib. O qeyd edib ki, bu uğurlar bəzi dairələri narahat etməyə başlayıb.

“Bəzi şəxslər Avropa Parlamentidə təxribata əl atıblar. Orada bir neçə deputat Azərbaycanla bağlı müzakirələr təşkil etməyə çalışdı. Amma onların məqsədi həyata keçmədi. Bu, iki şəxsin etdiyi Avropa Parlamentinin tarixində utanc kimi yadda qaldı”.