Moderator24.com The Drive nəşrinə istinadən xəbər verir ki, ABŞ-ın İlinois ştatında 80 km uzunluğunda təbiətə məlum olmayan bulud görünüb və 10 saatdan sonra əriyib.
Radarlar və sputniklər 10 dekabrda 15:00-dan başlayaraq buludu qeyd edib. Gecə bulud əriməyə başlayıb və tam itib.
ABŞ ordusunun nümayəndələri bildiriblər ki, bu Lockheed C-130 təyyarəsinin yaratdığı yalançı istilikdir, tüstü buluda çevrilib.
Amma meteoroloqlar bu versiya ilə razılaşmayıblar. Obyektin ölçüsü və temperaturu təyyarənin yaratdığı istilikdən çox böyük olub. Milli meteroloji xidmət isə təxmin edir ki, hərbiçilər yeni silah növünü sınaqdan çıxarıblar və onun yaratdığı bulud havada daha çox qalır.