Şikayətim “SelNet” internet provayderindəndir. Mart ayında internetə qoşulmuşuq. Bir ay ərzində ümumilikdə 20 gün internet olmur.
Tribunainfo.az xəbər verir ki, bu barədə sosial şəbəkədə Bənövşə Hüseyn yazıb. Şikayətçi bildirib ki, texniki problemlə bağlı zəng edəndə də günlərlə baxsn olmur:
“Qar, yağış, külək oldu yola veririk. Bu gün zəng elemişəm texniki problemlə bağlı, məni bütün gün yola veriblər. Ən son zəngimdə operator çox kobud, mədəniyyətsiz, səs tonuna kontrol etmədən danışır. Deyir, “dedim sabah baxilacaq”. Deyirəm, niyə uzadıb axşama saxlayırsız axı? Deyir, “mən bilmirəm”.
Necə yəni bilmirəm, operator bilməlidi deyəndə də “mənim işimi sorğulama, başa düşdün” cavabı alıram.
Bu adamda “siz” demək mədəniyyəti formalaşmayıb bu operatorda. Siz siz olun “SelNet”ə qoşulmaq kimi səhv etməyin”.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Nigar