Seleznyov: “Vaşinqton razılaşmasında regional oyunçuların maraqları nəzərə alınmalıdır”

Seleznyov: “Vaşinqton razılaşmasında regional oyunçuların maraqları nəzərə alınmalıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 “Vaşinqtonda əldə olunmuş üçtərəfli razılaşmada bütün regional oyunçuların maraqları nəzərə alınmalıdır”.

Tribunainfo.az xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı müvəqqəti işlər vəkili Maksim Seleznyov NEWS.am-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Rusiyanın Cənubi Qafqaza necə bağlı olduğunu anlamaq üçün regionun xəritəsinə baxmaq kifayətdir. “Bütün region ölkələri, o cümlədən ən yaxın müttəfiqimiz Ermənistan bunu anlayır”.

Seleznyov onu da deyib ki, Rusiya, Ermənistan və Azərbaycanın daxil olduğu üçtərəfli sazişlər öz aktuallığını itirməyib.. “Tərəflərdən heç biri onlardan imtina etməyib”.

Fərda Uğur