Selena Qomes milyarder oldubackend

Selena Qomes milyarder oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müğənni Selena Qomes dollar milyarderi olub. Onun sərvəti 1,3 milyard dollar olaraq qiymətləndirilir.

Bu barədə “Bloomberg” məlumat yayıb.

32 yaşlı müğənni sərvətini onun kosmetika brendi olan “Rare Beauty Brands Inc.” vasitəsilə toplayıb. “Bloomberg” qeyd edir ki, Qomes milyarder statusunu öz biznesi və sosial şəbəkələrdə yüz milyonlarla izləyicisinin sayəsində əldə edib.

Bu ilin aprelində milyarderlər siyahısına Qomesin dostu, müğənni Teylor Svift də daxil olub. 34 yaşlı ulduzun sərvəti, “Eras Tour”dan qazancı, mahnılarının dəyəri və daşınmaz əmlakı da daxil olmaqla 1,1 milyard dollar təşkil edib./Oxu.Az