Barselonada yaşayan ispaniyalı mühəndis Sergi Santos tərəfindən hazırlanan seks robotu 5 min 374 dollara satışa çıxarılıb.
Barselonada yaşayan ispaniyalı mühəndis Sergi Santos tərəfindən hazırlanan seks robotu 5 min 374 dollara satışa çıxarılıb.
TİA.AZ publika.az-a istinadən xəbər verir ki, “Samantha” adını verdiyi sözügedən robot müştərilərə “syntheaamatus.com” saytı vasitəsilə təklif olunur.
Mühəndis Sergi Santos bildirib ki, istehsal etdiyi robota tələbat kifayət qədər çoxdur.
Onun sözlərinə görə, sözügedən robot insanlar kimi romantik anlar yaşaya və ehtiraslana bilir:
“Eyni zamanda robotun həssas musiqi duyumu var. Misal üçün, “Samantha” ingilis musiqiçisi Ed Şeeranın mahnılarını çox sevir”.