Azadliq prospekti, “28 Mall” ticarət mərkəzinin qarşısındakı ən işlək yolun piyada səkiləri zəbt edilir. Piyada səkisinə 6 market soyuducusu qoyulub.
Tribunainfo.az yazır ki, bu azmış kimi səkiyə qoyulan soyuducuları olduqca maraqlı formada cərəyana qoşulub. Belə ki, soyuducuların naqilləri uzadılaraq yaxınlıqdakı işıqforun cərəyanına quraşdırılıb.
Bu barədə yaxınlıqda yaşayan sakinlər bildirib. Naqillər uzun olduğu üçün yaxınlıqdakı ağaca da sarılıb.
Sakinlərin sözlərinə görə, soyuducuların qoyulduğu yer piyada zolağının tam qarşısıdır. Bu da yolu keçənlərin səkiyə çıxmasını çətinləşdirir.