Şəkil çəkdirmək üçün dağa çıxan qadın aktiv vulkana düşərək ölübbackend

Şəkil çəkdirmək üçün dağa çıxan qadın aktiv vulkana düşərək ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İndoneziyada çinli qadın turist foto çəkdirərkən sürüşərək 75 metr hündürlükdən aktiv vulkanın içinə düşüb. Bədbəxt qadın hadisə yerində dünyasını dəyişib.

Tribunainfo.az Haberler-ə istinadən xəbər verir ki, İndoneziyada 31 yaşlı çinli qadın turist İjen kraterində şəkil çəkdirərkən sürüşərək 75 metr hündürlükdən aktiv vulkana yıxılaraq həyatını itirib.

Banyuwangi Təbiəti Qoruma Departamentinin rəhbəri Dwi Putro Sugiarto bu hadisənin qəza olduğunu bildirib və turistlərin İjen dağına dırmaşarkən daim təhlükəsizlik qaydalarına riayət etməli olduqlarını vurğulayıb.