backend

Şəkidə uşaqlara qarşı TÜKÜRPƏDƏN CİNSİ ZORAKILIQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azyaşlı qıza qarşı seksual xarakterli hərəkətlər etməkdə və narkotik vasitələrin istifadəsində təqsirli bilinən Şəki şəhər sakini, 1973-cü il təvəllüdlü Nurəli Səmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Azyaşlı qıza qarşı seksual xarakterli hərəkətlər etməkdə və narkotik vasitələrin istifadəsində təqsirli bilinən Şəki şəhər sakini, 1973-cü il təvəllüdlü Nurəli Səmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

TİA.AZ Teleqraf.com-a istinadən xəbər verir ki, Nurəli Səmədov Oğuz rayonunun Baş Daşağıl kəndi ərazisində yerləşən fermadakı evlərində və Şəki şəhərində kirayə yaşadıqları evdə 1999-cu il təvəllüdlü Samirə Babayevanı (ad və soyad şərti verilib – red.) zorlayıb. Samirə Babayeva Nurəli Səmədovun qeyri-rəsmi yaşadığı Ramella Babayevanın qızı olub.

Hədə-qorxu və zorlama

Məlum olub ki, o, Samirə Babayeva ilə ilk dəfə 2006-cı ildə, yəni 7 yaşı olanda cinsi əlaqədə olub. Nurəli Səmədov Samirə ilə 2012-ci ilə qədər mütəmadi olaraq qeyd olunan ünvanlarda cinsi əlaqəyə girib.

Nurəli Səmədov bundan sonra Qəbələ rayonu ərazisində, Şəki şəhərinin “Dağdibi” adlanan ərazisində yerləşən kirayə yaşadıqları evdə və Şəki rayonu Öryət kəndində yerləşən evlərində yenidən Samirə ilə cinsi əlaqədə olub.

O, Samirə Babayevaya mütəmadi olaraq zor tətbiq edib, qeyri-təbii yolla cinsi əlaqədə olub.

Ögey qızına qarşı təcavüz

Bundan başqa, Nurəli Səlimov ikinci dəfə ailə qurduğu qadının azyaşlı qızına da təcavüz edib. O, ögey qızı Səidə Əhmədovaya (ad şərti verilib – red.) qarşı cinsi zorakılıq edib. O, ilk dəfə Səidə ilə 7 yaşında cinsi əlaqədə olub.

Nurəli Səlimov təxminən 2014-cü il tarixdən etibarən 2016-cı ilin may ayına kimi olan müddət ərzində Şəki şəhərinin “Dağdibi” adlanan ərazisində yerləşən kirayə yaşadıqları evində və Şəki rayonu Öryət kəndində yerləşən evində Səidəyə dəfələrlə zor tətbiq edib. O, Səidəni öldürəcəyi ilə hədələyib və onunla cinsi əlaqədə olub. Dəfələrlə Səidəyə qarşı seksual xarakterli hərəkətlər edib.

7 yaşlı oğlanı da zorladı

Nurəli Səmədov növbəti dəfə 7 yaşlı oğlana qarşı seksual xarakterli hərəkətlər edib. O, 2013-cü il tarixdən 2016-cı ilin may ayına kimi olan müddət ərzində Şəki şəhərinin “Dağdibi” adlanan ərazisində yerləşən kirayə yaşadıqları evində və Şəki rayonu Öryət kəndində yerləşən evində dəfələrlə Samir Əhmədova (ad və soyad şərti verilib – red.) seksual xarakterli hərəkətlər edib.

Bundan başqa, Nurəli Səlimov Şəki rayonu, Öryət kəndinin meşə sahəsində yabanı şəkildə yetişmiş çətənə bitkisinin yarpaq və kollarından yığıb. O, həmin narkotik vasitəni qurudaraq satış məqsədi olmadan özündə saxlayıb. Bu üsalla 422,45 qram çəkidə narkotik vasitə əldə edib.

Narkotik ittihamı

Şəki Şəhər-Rayon Polis Şöbəsinin Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindən 2016-cı ilin mayın 21-də keçirilən əməliyyat nəticəsində Nurəli Səlimov saxlanılıb.

Baxış zamanı Nurəli Səlimovun şalvarının cibindəki kibrit qutusundan marixuana aşkar edilərək götürülüb.

Ertəsi gün Nurəli Səlimovun yaşadığı Şəki rayonu Öryət kəndində yerləşən evində axtarış aparılıb. Axtarış zamanı həmin evin yataq otağındakı dolabın aşağı gözündəki paltarların arasında sellofan torbaya bükülmüş vəziyyətdə təmiz çəkisi 415 qram qurudulmuş marixuana aşkar edilib.

İki maddəli cinayət işi

Nurəli Səlimov Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmək) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddələri ilə ittiham edilib.

Nurəli Səlimovun barəsində olan cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Xəqani Səmədovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Təqsirləndirilən şəxs qismində ifadə verən Nurəli Səlimov bildirib ki, 2002-ci ildə Leyla Babayeva (ad və soyad şərti verilib – red.) ilə ailə qurub: “Ancaq Leyla ilə nikah bağlamamışam. Ailə quran zaman Leylanın Samirə adında 3 yaşlı qızı olub. Leyla azyaşlı qızını Şəki Qarışıq Tipli Uşaq evinə qoymuşdu. Biz ailə qurandan bir müddət sonra Samirəni götürərək özümüz baxdıq. Birgə yaşadığımız müddətdə 2008-ci ildə oğlum Əli dünyaya gəldi”.

“Səmayə Ramellanı mənə qısqanıb”

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2012-ci ildə Leyladan ayrılıb və bir müddət sonra Səmayə ilə ailə qurub: “Səmayə ilə ailə quran zaman onun başqa ərindən olan Samir və Səidə adında övladları olub. Səmayə ilə birlikdə Samirə, Əli, Səidə və Samirə baxmışıq, Ramella isə tək yaşayıb. Səmayə Ramellanı mənə qısqanıb. Səmayənin qısqandığı üçün Ramella Bakı şəhərinə gedib”.

Nurəli Səlimov qeyd edib ki, ailə vəziyyətləri ilə bağlı Samirəni, Əlini, Samiri və Səidəni Şəki Qarışıq Tipli İnternat Məktəbinə qoyublar: “Səmayə ilə birlikdə yaşadığımız müddətdə, 2014-cü ildə Kamran, 2015-ci ildə isə Nicat dünyaya gəlib. Təxminən 4 il bundan qabaq hələ Ramella ilə birlikdə yaşadığımız müddətdə Oğuz rayonu, Baş Daşağıl kəndinin aşağısında yerləşən fermada qalmışıq. Onunla birlikdə həmin fermada işləmişik”.

“Uşağımı öpdüyümü dedim”

Nurəli Səlimov bildirib ki, həmin fermada işlədiyi müddətdə gecə toyda olub: “Yeyib-içib, toydan çıxdım. Sonra kafedə də araq və pivə içdim. Səhərə yaxın saat 3 radələrində evə gəldim. Həmin vaxt Ramella malları sağmağa getmişdi. Evə gələndə Samirə yatmış vəziyyətdə olub. Sərxoş olduğum üçün Samirəni qucaqladım. Onun boynundan və üzündən öpən zaman Ramella otağa girdi. Məndən nə etdiyimi soruşdu. Ona uşağımı öpdüyümü dedim. Ona qarşı heç bir başqa hərəkət etməmişəm”.

Nurəli Səlimov qeyd edib ki, Leylanın övladları – Samir və Səidəyə qarşı seksual xarakterli hərəkətlər etməyib. Nurəli Səlimov həmçinin ifadəsində göstərib ki, narkotik vasitələrdən istifadə etmir: “Əynimdəki cins şalvarın cibindən çıxmış içərisində narkotik vasitə marixuana olan kibrit qutusunu və evimdən tapılan içərisində narkotik vasitə olan marixuana olan sellofan torbanı polis əməkdaşları qoyublar. Nə üzərimdə, nə də yaşadığım evdə narkotik vasitə saxlamamışam”.

“Seksual xarakterli hərəkətlər etməyə məcbur etdi”

Zərərçəkmiş Samir Əhmədov bildirib ki, Şəki rayonu, Öryət kəndində anası Leyla, 3 qardaşı və 2 bacısı ilə birlikdə yaşayır: “Nurəli mənim ögey atamdır. 3 yaşım olanda anam Leyla doğma atamdan ayrılıb və ögey atam Nurəli ilə ailə həyatı qurub. Birinci dəfə ögey atam Nurəli 2013-cü ildə məni idarə etdiyi avtomaşınla dəmir yığmağa apardı. Birlikdə çöldə dəmir yığan zaman atam məni avtomaşına mindirdi. Orada mənə təcavüz etdi”.

Samir Əhmədov qeyd edib ki, atası bu cür hərəkətləri ona qarşı zorla edib: “Nurəli bu cür hərəkətləri 2016-cı ilin may ayına qədər davam etdirib. Həmçinin Nurəli məndən başqa böyük bacım Səidəyə qarşı da həmin hərəkətləri edib. Atamın bacıma qarşı etdiyi bu hərəkətləri görməmişəm. Amma bacım anama danışanda eşitmişəm”.

Həmçinin ifadəsində göstərib ki, atası Nurəli ona qarşı həmin seksual xarakterli hərəkətləri təxminən 5 dəfə edib: “Atamın bu hərəkətləri barədə məlumat verməkdən qorxmuşam. Hazırda etdiyim hərəkətlərə görə atamı bağışlamıram”.

14 il cəza

Digər zərərçəkmişlər və şahidlər ifadə verəndən sonra Nurəli Səlimovun barəsində hökm elan edilib. Məhkəmənin hökmü ilə Nurəli Səlimov 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Nurəli Səlimov apelyasiya şikayəti verib. O, günahsız olduğunu və barəsində bəraət hökmünün çıxarılması barədə qərar qəbul edilməsini istəyib.

Nurəli Səlimovun şikayəti Şəki Apelyasiya Məhkəməsində araşdırılıb. Hakim heyəti Nurəli Səlimovun apelyasiya şikayətinin dəlillərinin əsassız olduğunu qeyd edib. Onun apelyasiya şikayəti təmin edilməyib.