Şəkidə məktəblilərin səhhətində yaranan problemlə bağlı aparılan araşdırmaların nəticələri açıqlanıb

Şəkidə məktəblilərin səhhətində yaranan problemlə bağlı aparılan araşdırmaların nəticələri açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Şəkiyə səfər edən 5 məktəbli və bir müəllimin səhhətindəyaranan problemlə bağlı aparılan araşdırmaların nəticələrini açıqlayıb.

AQTA-dan TİA.AZ-a verilən məlmata görə, Agentliyin mütəxəssislərinin götürdükləri nümunələr laborator müayinələrdən keçirilib.

Müayinələrin nəticələrinə görə, uşaqların qidalandığı yeməklərdə insan orqanizmi üçün təhlükəli hesab edilə biləcək mikroorqanizmlər aşkar edilməyib. Eyni zamanda məktəblilərin müayinə olunduğu rayon xəstəxanasının həkimlərinin rəylərinə və laborator müayinə nəticələrinə əsasən sözügedən hadisənin qida zəhərlənməsi olmadığı müəyyən edilib.